Messi ilin futbolçusu seçildi 

23:23 17.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Argentina millisinin və PSJ komandasının hücumçusu Lionel Messi ilin futbolçusu seçilib.

 

Hafta.az xəbər verir ki, 34 yaşlı futbolçu "Goal" nəşrinin versiyasına əsasən bu ada yiyələnib.

 

O, oxucuların səsverməsi nəticəsində qalib elan olunub. Messi 14 milyondan çox səs toplayıb.

 

İkinci pilləni İngiltərənin "Mançester Yunayted" klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu, 3-cü yeri isə Almaniya "Bavariya"sının polşalı qolçusu Robert Levandovski tutub.